8 Dekabr 2022 11:30
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhurlar Didem Balçın, Hakan Bilgin və Murat Akkoyunlu Bakıda “Park Cinema Flame Towers"də baş tutan "Çakallarla Dans 6" filminin qala gecəsində iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, Hakan Bilgin film haqqında danışıb: “Filmə maraq göstərdiyiniz üçün çox sağ olun. Bakıya böyük bir zövqlə gəldik. Bu, filmimizin xarici ölkədə baş tutan ilk qalasıdır. Qardaşlarımızla bir yerdə olduğumuz üçün çox xoşbəxtik. Sizinlə buraya əylənməyə gəldik”.

Didem Balçın isə Bakıda xoş qarşılandığı üçün təşəkkür edib: “Bizi çox gözəl qarşıladınız. Bakıda olmaq çox gözəl və həyəcanvericidir”.

Qeyd edək ki, Filmdə Didem Balçın, Murat Akkoyunlu ,Timur Acar, Şevket Çorun, İlker Ayrık çəkilib. Didem Balçın "Diriliş Ertuğrul" və "Kuruluş Osman" serialları ilə daha da məşhurlaşıb.


Müəllif: Rəqsanə Həsənova