“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Yazıçılar Birliyinin üzvü, şairə Aləmzar Sadıqqızının maddi köməyə ehtiyacı olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Şahbaz Xuduoğlu bu haqda sosial şəbəkədə məlumat paylaşıb:
"Bir neçə şairə Aləmzar Sadiqqızının vəziyyəti ilə bağlı mənə müraciət edib. Bu gün Aləmzar xanıma zəng vurdum. O, Binə qəsəbəsində "Sovxoz" ərazisində yaşayır. Evinə nə su gəlir, nə də qaz. İstilik sistemi də təbii ki, işləmir. Bəzi müvafiq dövlət qurumlarına zəng etdim. Mənə elə gəlir ki, biz birlikdə bu məsələni də həll edəcəyik. Dostluğumda olan iş adamları, təmənnasız yardım etməyi bacaran insanlara da müraciət edəcəm".