8 Dekabr 2022 17:49
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğam ifaçısı İlahə İbadova MTV Azərbaycan kanalında şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, İlahə İbadova keçmiş həyat yoldaşı, həmkarı Mirsaleh Əliyevin qızıyla görüşmədiyini deyib:

"Qızımın 14 yaşı var, atası ilə görüşmür. Qarşı tərəfdən istək yoxdur, ata maraqlanmalıdır. Sonuncu dəfə qızını 2-3 yaşında görüb. Daha görməyə can atmır. Səbəb isə indiki ailəsidir. Yəqin həyat yoldaşı icazə vermir. Özü də əhli-kef adamdı. Ümumiyyətlə, onun üçün uşaq maraqlı deyil. Qızım da o haqda sual vermir" .

Qeyd edək ki, keçmiş cütlüyün Ayan adlı bir qızı var.


Müəllif: Rəqsanə Həsənova