8 Dekabr 2022 18:31
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxana ustadı və qəzəlxan Mahir Cürət M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.

Mahir Cürət Teleqraf.com-a açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: "Hazırda müalicə gedir, hər şey yaxşıdır. 6 gündür xəstəxanadayam. Qan azlığım vardı, ayağımda yaralar əmələ gəlmişdi. Artıq ayağım yavaş-yavaş düzəlir. Xəstəxanadan nə zaman çıxacağımı bilmirəm".

"Maddi köməyə ehtiyacınız varmı?" sualına cavabda qəzlxan deyib ki, maddi ehtiyaclarını ailə ödəyir: "Mən xəstəxanaya "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevin köməyi ilə yerləşdirilmişəm. Həkimlər nə lazımdır edirlər".

Qeyd edək ki, Mahir Cürətin 50 yaşı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər