Müğənni Niyam Səlami Moskvaya yola düşüb.
Teleqraf.com xəbər verir ki, ifaçı yaradıcılıq məqsədi ilə edildiyini bildiridib: “Hazırda Sürpriz bir “proje” üzərində çalışıram. Bir neçə saat olar ki, Moskvadayam. Bütün diqqətimi də həmin layihələrə yönəltmişəm. Tamaşaçılar həmin layihədə məni başqa bir ampluada da tanıyacaqlar. Onu da deyim ki, 2015-ci ildə yaradıcılığımda dönüş nöqtəsi olacaq. Fərqli işlərim olacaq. Bəzi müğənnilər kimi yalandan “Ay asacam”, “Kəsəcəm” , “Dağıdacam” - kimi boş vədlər vermirəm. Kiminsə də bostanına daş atmaq fikrim yoxdur. Sadəcə sənətimi sevənlərə demək istəyirəm ki, yaxınlarda məndən yeni layihə gözləsinlər. Mənə qarşı çaşanları isə, yerində oturdurmağı bacaran insanam. Amma onu da deyim ki, bu günə qədər mənə qarşı çaşan olmayıb. Çünki mənim bu günə qədər heç kimlə işim olmayıb. Hər zaman öz işlərimlə məşğulam”.
Qeyd edək ki, N.Səlamidən savayı Moskvaya aktyor-aparıcı Sərxan Kərəmoğlu, müğənnilərdən Səidə Sultan, Sevinc Ağaşirinova və mərhum sənəti Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı da gedib.
Rüstəm