9 Dekabr 2022 18:56
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Günel Zeynalova İranda əxlaq polisi tərəfindən şiddət nəticəsində ölən 22 yaşlı Məhsa Əmininin müdafiəsinə qalxan Möhsün Şikari adlı ifaçının edam edilməsini pisləyib.

Teleqraf.com xəbər verir ki, Günel Zeynalova İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

"Lənət olsun sizin ədalətinizə. Allahım bu mübarək cümə günü günahsız gənclərin edama məhkum edildiyi üçün tez bir zamanda cəzanızı versin. Gedin günahı olanları edam edin, qadınları vəhşicəsinə öldürənləri, uşaqlara təcavüz edənləri. Allahım sən kömək et! Bir ananın fəryadını Allah yanınızda qoymayacaq. Dünya eşitmir, görmür. Biriləri bunlara "yox" desin! Gənc qardaşım, məkanın cənnət olsun. Gözəl səsin qulaqlarımda..."

Qeyd edək ki, Möhsün Şikari ötən gün səhər saatlarında edama məhkum edilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər