Xalq artisti Brilliant Dadaşova ARB televiziyasında yayımlanan "Maqazin plus" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova xarakterindən danışıb: "Pozitiv insanam və mənim üçün yaxşı niyyətli olmaq gözəllikdən, təravətdən, gənclikdən və hər şeydən üstündür. Hesab edirəm ki, insan hər dövrdə pozitiv olmalıdır. İnsanlara yaxşılıq etməli və yaxşı niyyət bəsləməlidir. Müğənnilikdən başqa ictimai xadiməm. Vətənimin ictimai və sosial həyatında yaxından iştirak etməliyəm. Bəzi hallar məni incidir. Mənə dəxli var, ya yox, mütləq öz fikrimi bildirməliyəm. Musiqiylə əlaqəsi var, yoxsa yox, rəyimi açıqlamalıyam. Bu, artıq xasiyyətimdir".
Xalq artisti ad çəkmədən həmkarlarına söz atıb: "Zirvədə qalmaq üçün saçımı-başımı yolmuram. Tamaşaçının qəlbinin zirvəsində olmaq istəyirəm. Kimsə özünü zirvədə görürsə, çox gülürəm. Zirvədəyəm və "bir nömrə"yəm və "məndən yoxdur" deyənlərlə əylənirəm. Allah onlardan razı olsun. Elə bir iddiam yoxdur. Mən öz yerimdəyəm".