Müğənni Vüqar Muradov ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişində mərhum müğənni Elçin Cəlilovla bağlı iddiası ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Vüqar Muradov Elçin Cəlilovu narkotikə cəlb edənin xalq artisti olduğunu deyib.
“O qoca kaftar hələ də yaşayır. Öləndə inşallah adını açıqlayacağam. Həmişə istedadlı insanların arxasınca iynəylə qaçıblar. İradə zəif olanda səni tez yaxalayırlar. Elçin hədsiz saf insan idi. İnsan necə göz görə-görə dünya boyda sənətçini yıxmaq üçün bunu edə bilər”.
Qeyd edək ki, Elçin Cəlilov 2005-ci il mayın 10-da mənzilində ölü tapılıb. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilib.