15 Dekabr 2022 16:00
1 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə “Həyat tərzi” verilişində bacısına dəstək olmaması barədə yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə bu sözləri deyib:

“Adətdir, ehsan veririk, süfrə açırıq, camaat yığışır, amma eşitdiyimə görə, qəbrin üstünə heç daş da qoyulmalı deyil. Biz isə 15,-20 min verib, abidə ucaldırıq. Bunların heç biri vəfat edənə çatmır. İnsanlar özünü göstərmək üçün edirlər.

Bu yaxınlarda bacım dünyasını dəyişdi. Sağlığında da onun yanında idim. Deyirlər ki, sən məzar daşını ucaldana və ehsanı verənə qədər pulları sağlığında xərcləyərdin, ömrü bir az uzanardı. Mən bunları bacımın sağlığında etmişdim, sadəcə ömrü bitdi. Xərçəng elə bir xəstəlikdir ki, onun ömrünü 20 il uzatdım. Müalicələr, əməliyyatlar, dərmanlar... Xaricə gedəndə onun üçün dərman də gətirirdim.

Artıq ömrünü uzatmağa imkan qalmadı. Dünyasını dəyişdi, ona ehsan verdik. Bir-birimizin qədrini sağlığımızda bilməliyik. Plovları, meyvələri, ətləri sağlığında o insanlara yedizdirək ki, dünyadan bəxtəvər getsinlər. Var-dövlətini göstərən insanları heç vaxt sevməmişəm”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər