15 Dekabr 2022 20:48
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İntizar MS (dağınıq skleroz) xəstəliyinə tutulub.

Teleqraf.com xəbər verir ki, ifaçı bu haqda ATV-də yayımlanan "7 canlı" verilişində məlumat verib: "MS xəstəliyinə tutulmuşdum. Artıq xəstəliklər çox cavanlaşıb.
Məndə də bu xəstəlik aşkar oldu, şükürlər olsun sağaldım. Halsız olurdum, bütün günü yatırdım və tamamilə görmə qabiliyyətimi itirmişdim. Şükürlər olsun Allaha indi yaxşıyam. Mənə dəstək olan həyat yoldaşıma təşəkkür edirəm. Bu xəstəliklə mübarizədə həyat tərzini dəyişməlisən".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər