Ötən gün koronavirusdan dünyasını dəyişən bəstəkar Oqtay Rəcəbovla bu gün "İlahiyyat" məscidində vida mərasimi baş tutacaq.
Bu haqda Teleqraf.com-a açıqlamasında bəstəkarın qızı Almaz xanım deyib.
O bildirib ki, atası öz vəsiyyətinə əsasən Yasamal qəbiristanlığında torpağa tapşırılacaq:
"Vida mərasimi saat 13:00-dan sonra "İlahiyyat" məscidində olacaq. Mən və anam da koronavirusa yoluxmuşuq və karantindəyik. Vəziyyətimiz normaldır. Anam da pis deyil. Koronavirus bizi öldürmədi, amma atamın getməsi bizi çox kədərləndirdi”.
Qeyd edək ki, Oqtay Rəcəbovun 81 yaşı var idi.