Əməkdar artist Kamalə Rəhimli həmkarı Ruhəngiz Musəvinin haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Kamalə Rəhimli “Elgizlə izlə” verilişində bu sözləri deyib: “10 il əvvəl Ruhəngiz mənə dedi ki, gəl qalmaqal yaradaq. Cavab verdim ki, mən sənətə qalmaqalla gəlməmişəm, təhsilli xanəndəyəm. Üzərindən bir müddət keçdi. Ruhəngizlə telefon vasitəsiylə söhbət edirdik. Onu gedib aparıcıya deyib, o da üzərimə hücum çəkdi. Aramızda olan söhbəti niyə ona-buna danışırsan?
Sonra Ruhəngizə zəng elədim ki, aramızda olan söhbəti ikinci adama niyə demisən!? Dedi ki, deməmişəm. Sən bu sözü orada-burada danışımsansa, səninlə Allah bilsin".
Kəmalə Rəhimova Ruhəngiz Musəvini bağışlamayacağını da deyib: “Mənə pislik edəni heç vaxt unutmuram. Ona görə də dilini sakit saxlasın, televiziyalarda ağlamasın. Mənim günahım yoxdur. Mən ona qarğış edirəm və edəcəm, o, satqındır”.
Qeyd edək ki, Ruhəngiz Musəvi ötən gün Kəmalə Rəhimlinin ona qarğış etdiyini açıqlayıb.