Qətərdə keçirilən futbol üzrə dünya çempionatında finalda Fransa yığmasını məğlub edən Argentina millisinin qələbəsi bütün diqqəti ulduz futbolçu Lionel Messi və onun ailəsinə yönəldib.
Teleqraf.com xəbər verir ki, Messinin həyat yoldaşı Antonela Rakussi və uşaqları da matçı izləmək üçün stadionda olub.
Antonela Rakussi İnstaqramda foto paylaşaraq "Dünya çempionları...Necə başlayacağımı bilmirəm, hiss etdiyimizdən də böyük qürursan Lionel Messi! Sən dünya çempionusan, biz bilirik ki, uzun illər nə əziyyət çəkmisən, nəyə nail olmaq istəyirsən. İrəli Argentina!",-deyə həyat yoldaşının ünvanına xoş sözlər deyib.