15 Dekabr 2014 15:52
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış aparıcısı və prodüsseri Acun Ilıcalı daha bir uğurlu addıma imza atıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun uzun müddətdir danışıqlar apardığı “Bu Tərz Mənim” yarışmasını “Tv8” kanalına transfer edib.

“Show TV”də yayımlanan və İvana Sərt, Nur Yerlitaş, Uğurkan Erez, Kamal Doğulunun jüri olduğu və Öykü Sərdarın aparıcılığını etdiyi “Bu Tərz Mənim” yanvar ayından “TV8”də yayımlanacaq.

Bu arada Türkiyə milli komandasının keçmiş qapıçı Rüştünün həyat yoldaşı Işıl Reçber də, eynilə “Bu Tərz Benim” jürisi stilist Nur Yerlitaş kimi moda yarışması olan “Patron”da münsif kreslosunda oturacaq.

Caner Ərdəmin prodüsserlik etdiyi “Patron” verilişi həftə içi hər gün “Star TV”də ekrana gələcək.

“Bu Tərz Mənim”dən fərqli olaraq “Patron”da gənc qızlar deyil, dərzilər jürilərdən səs almağa çalışacaqlar.

Ruslan Bakiroğlu


Müəllif:

Oxşar xəbərlər