Rusiyada fəaliyyət göstərən Reyhan adlı azərbaycanlı müğənni avtomobil qəzasında dünyasını dəyişib.
Bu haqda Teleqraf.com-a aparıcı Sərxan Kərəmoğlu məlumat verib.
“Qəza dekabrın 19-dan 20-nə keçən gecə baş verib. Avtomobildə dörd nəfər olublar, Reyhan və üç nəfər musiqiçiləri. Avtomobili idarə edən şəxs “Kamaz”ın altına girib. Reyhan rəhmətə gedib, musiqiçilər xəstəxanadadırlar. Reyhan otuz ildir ki, Rusiyada yaşayır. Onun nəşi bu gün Yevlaxa aparılır”.
Qəza nəticəsində ifaçının avtomobili də tam yararsız vəziyyətə düşüb.