Müğənni Rəqsanə İsmayılova Xəzər televiziyasında yayımlanan “Səhər mərkəzi” verilişinə son anda gəlib.
Teleqraf.com xəbər verir ki, buna səbəb ifaçının bətnindəki övladını itirməsi olub.
“Səhər saat 7-də hazırlaşmışdım. Böyük bir problem yaşadım. İnsan halıdır və hər şey ola bilər. Hər şeyi açıb danışmaq da olmur. Əməkdaşlarınız dərman verdilər. Qadınıq hər şey ola bilər. Qismət…”.
Qeyd edək ki, Rəqsanə İsmayılova beşinci dəfə övlad dünyaya gətirəcəyini açıqlamışdı. O, iş adamı Fazil Əmiraslanov ilə evlidir. Cütlüyün bu nikahından əkiz övladları var.