Əməkdar artist Aygün Bəylər ona ev bağışlayan Prezident İlham Əliyevə minnətdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Aygün Bəylər sosial şəbəkədə video paylaşaraq öncə izləyicilərinə diqqət ayırıb:
“Göydə Allah, yerdə sizin dualarınız can sağlığıma qovuşdurdu. Dualarınız üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm.
Möhtərəm prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdaram. Çox sağ olun. Qarşınızda baş əyirəm. Məni böyük bəladan xilas elədiniz. Məni sıxıntıdan qurtardınız, evimizi bizə qaytardınız. Bunun üçün Sizə və Mehriban xanıma duaçıyam”.