28 Dekabr 2022 13:01
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev "Mədəniyyət" kanalında qonaq olub.

Teleqraf.com xəbər verir ki, aparıcının “Özünüz-özünüzü danlaya bilirsiniz?” sualına Xalq artisti belə cavab verib: “Özümü elə məharətlə danlaya bilirəm... Deyilənə görə, ağıllıyam. Özüm-özümə deyirəm ki, sənin ağlında olan insan bu hərəkəti necə edə bilərdi? Özümə qarşı dəhşətli dərəcədə sərtəm.

İlk əvvəl özümə qarşı tələbkaram. Bu dünyada özümdən daha böyük tənqidçim yoxdur. Ən gözəl tənqidçimsə anamdır. O, həm fanatım, həm tənqidçim, həm pərəstişkarım, həm də nəzarətçimdir. Özümə qarşı qat-qat anamdan da sərtəm.

Başlıcası bu həyatda mərifətli olmaqdır. Mərifətli oldunsa özün-özünü hər zaman çəki-düzəndə saxlayacaqsan. Buna məcbursan. Daxili mədəniyyətin, mərifətin icazə vermir”.

Xalq artisti səhnədəki və həyatdakı yaşam tərzindəki fərqdən də danışıb: “Səhnədəki Faiq həyatda edə bilmədiklərini realizə edir - kəskinlik, qabarılıq, dəlilik… Bax, səhnədəki tam realizə olunmuş Faiqdir. Özü-özü ilə qalan Faiq 7/24 özünü təhlil edə bilməz. Adam axırda dəli olar.

Özü-özü ilə tək qalanda Faiq etdiyi işləri saf-çürük edir. Misal üçün mahnımı efirə buraxmazdan öncə 20 gün özüm qulaq asıram. Əgər nəsə kəm-kəsir tapıramsa, düzəldirəm. Həyatdaki Faiq qarınquludur, mətbəximizi “ləlöyüncəsinə” sevirəm. Özü-özü ilə qalan Faiq daha az emosionaldır. Sanki 34 ildir ki, daima tanımadığım insanların əhatəsindəyəm və öyrəşmişəm ki, həmişə səfərbər olum. Bütün hərəkətlərimi nəzarətdə saxlayım. Həyatımda üç “O” var. Allah, anam və sənətim”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər