Çanaqqala müharibəsindən bəhs edən və Türk kino tarixinin ən görkəmli filmlərindən biri olmağa namizəd olan "Son Məktub"dan ilk kadrlar mətbuata yayılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 milyon TL (təxminən 7 milyon manat) büdcə ilə "Son məktub" Türk kino tarixinin ən bahalı filmidir.
Azərbaycanlı aktrisanında iştirak etdiyi filmin baş rollarını Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyn Avni Danyal və Bülent Şakrak canlandırır.
Ekran işi premyerası 2015-ci ilin mart ayının 18-də “Çanaqqala Zəfəri”nin 100-ci ilində olacaq. Film 100 ölkədə eyni zamanda ekranlara çıxacaq.
Teleqraf.com filmdən olan foto və treyleri təqdim edir :
Ruslan Bakiroğlu