“Oğlum Cəfərin uğuru”.
Xəbər verdiyimiz kimi kompüter üzrə mütəxəssis Cəfər Nəcəfov tərəfindən hazırlanmış “Hara gedək?“ adlı proqram “App Store”da dünyanın məşhur “Facebook”, “Whatsapp”, habelə “İnstagram” kimi proqramlarını geridə qoyub. Azərbaycanlı mütəxəssisin xalq artisti Mələkxanım Əyyubovanın oğlu olduğu ortaya çıxıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda xalq artisti İnstaqram hesabında məlumat verib. O, övladının fotosunu paylaşaraq “Oğlum Cəfərin uğuru” sözlərini yazıb.
Qeyd edək ki, Cəfər Nəcəfovun yaratdığı “Hara gedək?“ adlı proqram “App Store”da dünyanın məşhur “Facebook”, “WhatsApp”, habelə “İnstagram” kimi proqramlarını geridə qoyub. Yenicə yaranmasına baxmayaraq, artıq bir həftədən çoxdur, top reytinqdə birinci pillədə qərarlaşıb. Bu proqramdan istifadə edənlər olduqları məkanlara yaxın obyektlərin yeri haqda ətraflı məlumat ala bilirlər.