18 Dekabr 2014 21:13
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktrisa Nurgül Yeşilçaya reklam çarxına çəkilməsi üçün 2 milyon dollar təklif edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisaya bu təklifi İspaniyanın zinət əşyaları istehsal edən məşhur firmalarından biri edib.

Nurgül son günlər serialdan hər seriyaya görə 140 min lirə alması ilə gündəmdədir. Türkiyədə ən çox qonorar alan aktrisa olmağı bacaran Nurgül Yeşilçayın 2 milyonluq reklam təklifinə yox deməyəcəyi gözlənilir.

Açıq-səhnələrə çəkilməkdən çəkinməyən Nurgül Yeşilçay Türkiyənın ən cəsarətli aktrisalarından hesab olunur..

Rüstəm


Müəllif: