19 Dekabr 2014 15:07
1 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam “Space” televiziyasının aparıcısı Vüsalə Kərimovanın onun haqqında söylədiklərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, ifaçı bu barədə “Instagram” sosial şəbəkəsində yazıb:

“Mənim haqqımda yazılanlara fikir verməyin, kiminləsə dalaşıb onu reklam etmək fikrim yoxdur. Kim nə deyirsə, əcəb edir, canı heç vaxt sağ olmasın. İnşallah, Allah cavabını verəcək. Həyat yoldaşım 5 dil bilir, sinxron tərcüməçidir, rütbəsi mayordur, 10 min işçiyə rəhbərlik edir və ailəsini çox sevir. Mən də çalışıram ki, özümü onun adına, vəzifəsinə layiq aparım. Ona görə şərait yaratmıram ki, kimsə verilişində mənasız mövzularla məndən istifadə etsin. Mən də, ailəm də göz qabağındadır. Xoşbəxtəm ki, sevdiyim kişi öz ərimdir. Qaldı ki, aparıcıya onda da günah yoxdur, ondan da istifadə edirlər”

Rüstəm


Müəllif:

Oxşar xəbərlər