Məşhur italiyalı müğənni İnqrid Ukraynada yayımlanan “Qolos Ukraini” müsabiqəsinin iştirakçısı Vaqif Nağıyevlə duet oxuyub.
Teleqraf.com xəbər verir ki, onlar birlikdə “Ümid yağışı” adlı mahnını ifa ediblər. Aylardır üzərində işlənən mahnı bir neçə gün öncə Bakıda “Buta Palace”da təqdim olunub.
Xatırladaq ki, İnqrid sentyabrda Bakıda keçirilən polo üzrə II Dünya kuboku çərçivəsində konsert vermişdi. O, səhnəyə 19 yaşlı Vaqif Nağıyevlə birgə çıxmışdı. Səfər zamanı İnqrid Vaqifin “Ümid yağışı” mahnısını bəyəndiyini bildirmişdi. Mahnını birlikdə ifa edəcəklərini söyləyən İnqrid vədinə xilaf çıxmayıb.
Mahnının sözləri Alxanlıya, musiqisi bəstəkar Gövhər Həsənzadəyə, aranjemanını isə Yaşar Baxışa aiddir.
Teleqraf.com həmin videonu təqdim edir :
Rüstəm