20 Dekabr 2014 21:58
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür həm Rusiya, həm də dünya mətbuatı bu qadından danışır.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, rusiyalı milyader Roman Abramoviçin sevgilisi Dariya Jukovanın məşhur aktyor Leanordo DiKaprio ilə gizli eşq yaşadığı deyilir. Buna sübut kimi 38 yaşlı Jukovanın DiKaprio ilə birlikdə Nyu Yorkda çəkilən fotosu göstərilir.

ABŞ mətbuatında isə "Abramoviç də aldadıldı" başlıqları ilə yazılar yayılmağa başlayıb.

Rusiya mətbuatında 48 yaşlı Abramovicin balerina Diana Vişneva ilə görüşməyə başladığı yazılıb.

Balerina yayılan xəbərləri təsdiq etməsə də, mətbuta görə "od olmayan yerdən tüstü çıxmaz".

Xatırladaq ki, Jukovaya görə 16 illik xanımı İrinadan boşanan Abramoviç 300 milyon dollar təzminat ödəyib. Bu dünyanın ən bahalı boşanma məhkəmələrindən biri kimi tarixə keçib.

Qeyd edək ki, 8 ildir birlikdə olan Abramoviç və Jukova cütlüyünün iki uşağı var.

Teleqraf.com onların fotolarını təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər