Müğənni Sevinc Səfərova MTV Azərbaycan kanalında yayımlanan “Səhərin səsi” verilişində qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Sevinc Səfərova kişilərin xəyanət etməsinə haqq qazandırıb: “Heç zaman xəyanətə görə ailə dağıtmaram. Həmişə deyirəm ki, xəyanət kişilərə yaraşan, xas olan haldır. Bu, kişilərdə qəbul edilir. Qadınlar fədakarlıq etməlidir. Gəlinlər “mənim üstümə qışqırdı” deyir, çamadanları yığıb evə gedirlər.
Bəyəm evdə söz götürməmisən? Valideynin evdə sənə güldən ağır söz deməyib? Yaxud qaynananın sözünü şişirdirlər. Vaxtında anamız bizə elə şillələr vurub ki, gəl görəsən.
İndi anam soruşur ki, sizə əl qaldırmamışam? Cavab verirəm ki, bizi oxlovla döyürdün, nətəri əl qaldırmamısan? Amma bu gün qaynanaları xırda bir söz deyən kimi gəlinlər “o, mənüm üstümə niyə qışqırdı” deyirlər.
"Mənim həyat yoldaşım xəyanət etsə, heç vaxt bağışlamaram" - bu cümlə böyük bir cümlədir. Onun üçün ailəli olan xanımlar bu cümlələri çox istifadə etməsinlər. Təbii ki, yaxşı bir kişi xəyanət edirsə, onu biruzə verməməlidir”.