"Avroviziya" təmsilçimiz Nadir Rüstəmli illərdir gözlədiyi yeni mahnısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, "İzin qalacaq" adlı bəstənin sözləri ifaçının prodüseri Azərə, musiqisi isə Nadirin özünə məxsusdur.
Xarizmatik ulduz yeni layihəsi ilə bağlı fikirlərini də bölüşüb: “İzin qalacaq“ adlı mahnım artıq hüzurunuzdadır. 2019-cu ildə yazdığım nəğməni sizlərlə bölüşmək, nəhayət, bu ilə qismət oldu. 2022-ci ilin son günlərində sizinlə paylaşıb bu möhtəşəm ildən bu mahnı ilə ayrılaq deyə düşündüm. Həyatımın ən uğurlu ili, sizi mənə qazandıran il - 2022, "İzin qalacaq".