4 Yanvar 2023 11:09
1 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Ələkbər Yasamallı (Quliyev) üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Ələkbər Yasamallı Almaniyaya köçməsi və orada səhhətində problem yaranması haqqındakı xəbərlərə münasibət bildirib.

"Bir neçə gündür sosial şəbəkələrdə, bəzi saytlarda haqqımda yalan məlumatlar yayılır. Onlar hamısı reytinq üçün bunu edirlər. Azərbaycandayam, heç bir problem yoxdur, hər şey şükürlər olsun ki, yaxşıdır. Bu postu paylaşmaqda məqsədim odur ki, bütün doğmalarım, yaxınlarım, məni sevənlər, mənə dəyər verənlər bilsinlər ki, hər şey yaxşıdır, narahatlığa heç bir səbəb yoxdur, hər şey qaydasındadır.

O yalan məlumat paylaşan şəxslər də düşüncəsiz insanlardır. İnsan addım atanda gərək fikirləşsin ki, hansısa bir yalan məlumata görə, yaxınlarım, doğmalarım narahat olur və nigaran qalırlar. Doğmalarıma deyirəm ki, hər şey yaxşıdır Haqqımda yalan məlumatlar paylaşan səhifə adminlərindən tələb edirəm ki, onları siləsiniz. Bakıdayam! Hər kəsə xoş günlər nəsib eləsin Allah. Var olun, sağ olun", - qeyd edib.


Müəllif: Rəqsanə Həsənova