Məşhur türkiyəli müğənni Murad Boz Bakıdadır.
Teleqraf.com xəbər verir ki, müğənni baş rolunu oynadığı "Hadi İnşallah" filminin qala gecəsində iştirak edib. Filmdə Muradın tərəf müqabili olan Büşra Pekin də gecəyə qatılıb.
İfaçı Bakıda olduğu üçün qürur duyduğunu söyləyib:
“Burada olmaqdan qürur duyuram. Tamaşaçılarla birlikdə filmi izləyəcəyik və onların təəssüratlarını öyrənəcəyik. İndidən bəllidir ki, film seviləcək. Hər kəsə təşəkkür edirəm”-deyə Boz bildirib.
Qeyd edək ki, film nümayişindən sonra aktyor heyəti mətbuat konfransında jurnalistlərlə bir araya gəlib.
Teleqraf.com gecədən olan fotoları təqdim edir:
Rüstəm