11 Yanvar 2023 22:11
16 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Azərbaycan televiziyasında yayımlanan "Bizimləsən" verilişində xoşagəlməz hal yaşanıb.

Teleqraf.com xəbər verir ki, verilişin aparıcısı Zaur Baxşəliyevin canlı efirdə operatora yaxınlaşaraq yüksək səslə "Kameranı çevir, artıq efirdən idarə etməliyəm?! Siz operator kimi iri və xırda plan verə bilirsiniz? Belə keç, işlə..." deməsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Aparıcı Aytən Səfərova "Show news" İnstaqram səhifəsinin şərh bölümündə aparıcı Zaur Baxşəliyevi müdafiə edib: "Sonra da adını ağzıgöyçəklər "konfliktli" qoyacaqlar. Halbuki bu işdir. Peşəkarlar da öz ətraflarını peşəkarlaşdırırlar, amma anlayanlar çox azdır. Zaur Baxşəliyevə səbr diləyirəm. Bu gün televiziyalar naşılarla doludur. Amma daha betəri onlar öyrənmək istəmirlər. Anlamırlar ki, peşəkar aparıcının sözlərini həmişə yadda saxlamalısan. Əgər artıq efirdə bu irad tutulursa, operatora, görün, bu günədək efirdən kənar nə qədər irad tutulub ki, aparıcı artıq cana yığılıb".

Rejissor Fariz Əhmədov isə Zaur Baxşəliyevi sərt şəkildə tənqid edib: "Operatorun yerinə olsaydım, Zauru Baxşəliyevi it balası kimi elə canlı efirdə çırpardım".



Müəllif: Rəqsanə Həsənova