Amerikanın tanınmış televiziya ulduzu Kim Kardaşyan və həyat yoldaşı reper Keyn Vest “Balmain” brendinin reklam çəkilişi üçün kamera qarşısına keçiblər.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, moda evinin kreativ dizayneri Olic Rusten brendin 2015-ci il yaz-yay kişi kolleksiyasının reklam çəkilişi üçün Kim Kardaşyan və Keyn Vesti dəvət edib. Cütlüyün fotosessiyasını tanınmış fotoqraf Mario Sorrenti həyata keçirib.
“Bu reklam çəkilişində əsas məqsəd sevgini önə çıxarmaqdır. Kim və Keyn stil ikonasıdırlar. Onlarla işləmək mənim üçün şərəfdir. Onlar özlərində sevgini, gözəlliyi və rəngarəngliyi birləşdiriblər”.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm