17 Yanvar 2023 09:23
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova əməkdar artist Bəhram Bağırzadənin regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməsi haqqındakı fikirlərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Rəşid Mahmudovun Bəhram Bağırzadə haqqında açıqlamasına reaksiya göstən Brilliant Dadaşova Bəhram Bağırzadənin fikirlərinin təhrif olunduğunu deyib: “Bu nə söhbətdir? Biz rayonlular, o şəhərlilər? Bu söhbətləri kim təhrif edir? Bəhramın dediklərini anlamadan bu nə sözbazlıqdır, yayırsız? Bu ataya Bəhramın sözlərini kim tərs-məssəb anladıb? Bakı hamımızın gözəl paytaxtı, canımızdır.

Bakıda hansı damlar qır olub? Hacı Zeynalabdının? Musa Nağıyevin? Yusif Dadaşovun? Azərbaycanın Bakı, Gəncə, Şamaxı, Şəki, Qarabağ, Naxçıvan və bir çox şəhər və rayonlarında, gözəl guşələrimiz hər zaman olub və olacaq. Həmçinin də ziyalılarımız”.

Qeyd edək ki, Bəhram Bağırzadənin beş il əvvəl regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib: "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz".


Müəllif: Rəqsanə Həsənova