23 Yanvar 2023 10:34
2 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyeva xərçəngdən dünyasını dəyişən Tünzalə Əliyevadan danışıb.

Dilarə Əliyeva Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Çox inanırdım ki, o, qayıdacaq. Həyat eşqi çox idi. Gözəl insan idi. Azərbaycan televiziyası, teatrı, kinosu Tünzalənin timsalımda çox böyük aktrisanı itirdi. Onunla keçən həftə yazışdım, səhhətini soruşdum. Dedim ki, yolunu gözləyirəm, inanıram ki, sən gələcəksən. Qaldığın yerdən davam edəcəksən.

Bütün tamaşaçılar dünəndən onun üçün göz yaşı tökür. Qısa, mənalı və dolğun bir ömür yaşadı. İnsanların üzünü güldürdü. Gözüm dalınca qaldı. Yolunu gözləyə-gözləyə qaldım. Çox heyf!"


Müəllif: Rəqsanə Həsənova