23 Yanvar 2023 11:07
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sonuncu dəfə Tünzalə Əliyeva ilə iki ay əvvəl danışmışdım. Onunla çox yaxın idik. Mədəniyyət və İncəsənət Universitetində bir oxumuşduq. Münasibətimiz çox yaxşı idi".

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Manaf Ağayev deyib.

Tünzalə Əliyeva ilə vidalaşmaq üçün Heydər məscidinə gələn sənətçi mərhumla bağlı bu fikirləri dilə gətirib:

"Danışırdı, ağrıyırdı. Ölümündən qorxmurdu. Amma qızı Zəhranı tək qoyacağından narahat idi. Onun gözəl və böyük sənəti vardı. İnsan kimi də çox gözəl insan, ana və ailə başçısı idi. Namuslu, ismətli qadın idi. Oynadığı obrazlarla hamının üzünü güldürürdü. Allah rəhmət eləsin!"


Müəllif: Rəqsanə Həsənova