23 Yanvar 2023 10:45
2 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) "Heydər" məscidində vida mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, vida mərasimində aktrisanın ailə üzvləri ilə yanaşı əməkdar artistlər Dilarə Əliyeva, Yusif Mustafayev, Ülviyyə Əliyeva, Mətanət Əhmədova, aktrisa Çimnaz Soltanova, əməkdar incəsənət xadimi Oqtay Əliyev, müğənni Manaf Ağayev də iştirak edirlər.

Qeyd edək ki, Tünzalə Əliyeva bu gün Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.


Müəllif: Rəqsanə Həsənova