23 Yanvar 2023 17:37
2 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olundu.

***

"Biz ona axirətdə hüzur və Allahdan günahlarını bağışlamasını arzu edirik. Çox gözəl insan idi. Ölənə qədər əziyyət çəkdi. O insan doğulandan canını tapşırana qədər kimlər üçünsə əziyyət çəkib. Biz bunun həmişə şahidi olmuşuq. Yeri behişt olsun. Onu 1990-cı ildən tanıyırıq, bir yerdə təhsil almışıq. Amma nə yazıq ki, həyatı qısa oldu".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Coqşun Rəhimov Tünzalə Əliyevadan danışarkən deyib:

"Biz həmişə onunla görüşmüşük. Hər zaman da deyirdi ki, hər şey gözəldir - xəstəliyə qalib gələcəm. O hər şeyə qalib gəldi. Onu yaxşı bir insan və sənətkar kimi xatırlayacağıq. Allah rəhmət eləsin".

Coşqun Rəhimov onu da deyib ki, əməkdar artistə dəstək olub: "Mən də bu xəstəlikdən əziyyət çəkmişəm. Nəinki Tünzalə xanıma, bu xətəlikdən əziyyət çəkən hər bir insana təsəllimiz var. Amma nə yazıq ki, ömür imkan vermədi. Hərdən insan öz mübarizəsini yarımçıq qoyur. O yarımçıq qalmadı, övladı, sənəti var".


Müəllif: Rəqsanə Həsənova