Oxşar xəbərlər
"Tünzalə ilə sonuncu dəfə xəstəxanada olan zaman mesajlaşmışdıq. Mənimlə özünə görə yox, bir gənc müğənnini efirə çıxartmağım üçüm əlaqə yaratmışdı".
Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev Tünzalə Əliyeva haqqında danışarkən deyib:
"Tünzalə bu həyatda heç nəyi özünə görə etmədi. Hər zaman bacıları, ailəsi, doğmaları, qızı - Zəhrası üçün çalışdı, vuruşdu. Ən son ümidi "ağıllı dərmanlar"ın onu sağaldacağı idi. Onunla efirdən kənarda telefonla danışmışdım. Deyirdi ki, əgər o dərmanlar əlimə çatsa, məndə hər şey alınacaq. Hər şey elədik ki, bu dərmanlar ona çatsın. Tünzalə yeganə tanıdığım insan idi ki, özü üçün yaşamadı. Tünzalənin özü üçün yaşamağa zamanı qalmadı. Allah rəhmət eləsin!".