24 Yanvar 2023 13:51
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aysel Əlizadə həmkarı Sevinc Ağaşirinovanın bir müddət əvvəl onun Türkiyədə evlənib, sonra da boşanması haqqındakı iddiasına cavab verib.

Teleqraf.com xəbər verir ki, Aysel Əlizadə MTV Azərbaycan kanalında ad çəkməsə də həmkarına cavab verib:

"Haqqımda xəbərlər çıxır. Məni evləndirirlər, boşandırırlar. Bacardığım qədər bu mövzularda susmaq yolunu seçirəm. Haqqımda nə düşünürlərsə, göydə Allah var. Düşünürəm ki, kimsənin haqqında girmək düzgün deyil. Hər zaman deyirəm ki, danışsınlar, amma hər şeyin vaxtı, zamanı var".

Qeyd edək ki, Sevinc Ağaşirinova “Səhər mərkəzi” verilişində Aysel Əlizadənin gizli şəkildə Türkiyədə ailə qurub, daha sonra isə boşandığını demişdi.


Müəllif: Rəqsanə Həsənova