24 Yanvar 2023 15:43
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, estrada ulduzunu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırması olub.

Röya Bakı Konqres Mərkəzində baş tutacaq olan tədbirlərində həyati təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb.

Həftələrdir hazırlıq prosesi davam edən xalq artisti bunları nəzərə alaraq həyatını sığortalatmaq niyyətinə düşüb.

Qeyd edək ki, 27-28-29 yanvar tarixlərində keçiriləcək solo konsertin rejissoru Ranar Musayevdir.


Müəllif: Rəqsanə Həsənova