25 Yanvar 2023 11:59
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Natiq Nuriyev müğənni Vüqar Muradovu məhkəməyə verib.

Bu hadqa Teleqraf.com-a Natiq Nuriyevin özü məlumat verib: “Vüqar Muradovla məhkəmədə danışacam. Bu haqda öncədən çox bəhs eləmək istəmirəm”.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Vüqar Muradov "Elgizlə izlə" verilişində mərhum ifaçı Elçin Cəfərovu narkomaniyaya qurşandıranın Natiq Nuriyev olduğunu demişdi.

Aparıcı Elgiz Əkbər isə İnstaqramda əməkdar artist haqqında “Adını demək lazımdır ki, bundan sonra bir də insanları zəhərləməsin. Reklam arasında bizə bildirildi ki, söhbət skripka ifaçısı Natiqdən gedir (Əməkdar artist Natiq Nuriyev - red.) O, musiqiçilərin evini yıxır, onları narkotikə alışdırır”,- deyə vurğulamışdı.


Müəllif: Rəqsanə Həsənova