25 Yanvar 2023 14:18
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vüqar Muradov əməkdar artist Natiq Nuriyevin onu məhkəməyə verməsindən danışıb.

Vüqar Muradov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Səhv etmirəmsə məhkəmənin günü keçib, amma mənə heç kim heç nə bildirməyib. Bu məsələdən tam xəbərsizəm, mənə zəng gəlməyib. Oğlu bir müddət əvvəl mənə məhkəməyə verəcəklərini demişdi. Gərək məhkəməyə rəhmətlik Elçin Cəfərovu da gətirək, o, bildirsin ki, bu sözü özü deyib. Mənə sağ olanda özü zəng edib demişdi".

Qeyd edək ki, bir müddət əvvəl müğənni Vüqar Muradov "Elgizlə izlə" verilişində mərhum ifaçı Elçin Cəfərovu narkomaniyaya qurşandıranın Natiq Nuriyev olduğunu söyləyib.

Aparıcı Elgiz Əkbər isə İnstaqramda əməkdar artist haqqında “Adını demək lazımdır ki, bundan sonra bir də insanları zəhərləməsin. Reklam arasında bizə bildirildi ki, söhbət skripka ifaçısı Natiqdən gedir (Əməkdar artist Natiq Nuriyev - red.). O, musiqiçilərin evini yıxır, onları narkotikə alışdırır”,- deyə vurğulamışdı. Bu haqda ilk xəbəri Axşam.az saytı yayıb.


Müəllif: Rəqsanə Həsənova