26 Yanvar 17:48
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, keçən həftə "Çukur" serialının ulduzu Kubilay Aka türkiyəli həmkarları ilə birlikdə "Sevda mecburi istikamet" adlı türk filminin Bakıda keçirilən qala gecəsində iştirak edib.

Teleqraf.com xəbər verir ki, aktyor Bakıda olarkən Elşən Orucovun aparıcısı olduğu "Fəlidən doğru xəbər" verilişinin qonağı olub. 28 Yanvarda Xəzər tv-də efirə gedəcək verilişin ilk anonsu artıq yayımlanıb. Proqramda aktyorun Prezident İlham Əliyevin trend olan “Nə oldu, Paşinyan?” replikasını deməsi diqqət çəkib.


Müəllif: Teleqraf.com