27 Yanvar 13:27
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova özünə dəbdəbəli doğum günü keçirib.

Teleqraf.com xəbər verir ki, tədbiri aparıcı Nəsib Nur açıb.

Xalq artisti "Vəfasızlar unudulmur" və "Qorxuram" hitlərini səsləndirdikdən sonra "Bu gün sənət dostlarım və əzizlərimlə gözəl bir gözəl gün olacaq", - deyə öz təəssüratlarını bölüşüb.

Aygün Kazımova daha sonra bütün masalara yaxınlaşaraq qonaqları ilə salamlaşıb.

Pop divanın doğum günündə Xəzər televiziyasının rəhbəri Murad Dadaşov, modelyer Rüfət İsmayılov, xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Manana Caparidze, müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Nigar Camal, Elnur Məmmədov, Səidə Sultan, əməkdar artistlər Dilarə Əliyeva, Coşqun Rəhimov və Rafael İsgəndərov, prodüser Müşfiq Abbasov, aparıcılar Vüsalə Əlizadə, Zümrüd Bədəlova, Zaur Baxşəliyev, Günay Baxşəliyeva və bir çox tanınmışlar iştirak ediblər.

Gecədə xalq artistinin qızı İlqarə Kazımova anası üçün həmkarı Elnur Hüseynov ilə "Dəniz ver" duetini səsləndirib.

Qeyd edək ki, Aygün Kazımovanın 52 yaşını qeyd edib.


Müəllif: Rəqsanə Həsənova