30 Yanvar 13:30
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Zemfira Əbdülsəmədova MTV Azərbaycan kanalında yayımlanan "Düzünə qalsa" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Zemfira Əbdülsəmədova kişilərin ağıllı qadınları dəyərləndirmədiyini deyib:

“Kişilər gözəl, ağıllı, güclü, fədakar qadınları dəyərləndirmir. Fədakar qadının onsuz da adı üstündədir. O yükü çiynində daşıyır. Kişi də məmnun olur ki, bu belə də olmalıdır. Qoy daşısın. Onları elə alışdırmışıq. Özümdən danışmıram. Şükür Allaha ki, biz həyat yoldaşımla münasibəti balanslaşdırmışıq.

Kişilər alışıblar ki, yükü qadın daşımalıdır. Niyə? Olmaz! Qadın qocalır, yorulur. Qoy cavan, gözəl qalsın. Qadın yaradandır, sona qədər qırışları ilə gözəl qalmalıdır!”

Aktrisa şəxsi həyatından da söz açıb: “Həyat yoldaşım Ədalət bəylə yaxşı yola gedirik. Birimiz od olanda, digərimiz su oluruq. Mən daha çox güzəştə gedən tərəfəm. Çünki onun da fədakarlıqları var. Düzgün, təmiz insandır. Əyilməyən, şax adamdır, dağ adamıdır. Ona güzəştə gedirəm, sözün əsl mənasında kişi adamdır. Aramızda qısqanclıq yoxdur, onlar gənclik dönəmindən keçib gedib.

Bir dənə yeməyi gecikəndə əsəbləşir, dayanmadan danışır. Mən də nəsə deyəndə mübahisə yaranır...”.

Zemfira Əbdülsəmədova ailəsi haqqında isə bu sözləri deyib: “Hər iki valideynimi itirmişəm. O yaşda deyirdim ki, erkəndi. Anamın bir yaylığı vardı, həmişə başında olurdu. Çarəsiz duruma düşəndə onlar üçün darıxıram. Hər yaşda valideynə ehtiyac var. Anamı yuxuda görəndə sevinirəm".


Müəllif: Rəqsanə Həsənova