30 Yanvar 18:38
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Murad İsmayıl ilk dəfə həyat yoldaşı, aktrisa Ülviyyə Xəlilbəyli ilə boşanması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Murad İsmayıl ATV-də yayımlanan "Gündən-günə" verilişində bu sözləri yazıb: "Həyatım elə gətirib ki, həyat yoldaşım da bu sənətdədir. Biz nə etsək də, bizdə xəbərlər daha çox yayılır. Hər evdə söz-söhbət olur. Bu suala Ülviyyə cavab verib. Biz boşanmamışıq. Mən də təsdiqləyirəm ki, biz boşanmamışıq.

Amma çox istəyərəm ki, bu haqda danışmasınlar. Hətta həyat yoldaşıma da tapşırmışam, evdə nə söz-söhbət olur, sosial şəbəkədə yayılmasını istəmirəm.

Dediyim kimi boşanmamışam, boşansam açıq şəkildə deyərəm ki, ayrılmışam. Həyatda heç kim heç nədən sığortalanmayıb".

Aktyor sosial şəbəkələrdə ünvanlarına yazılan tənqidi şərhlərə də münasibət bildirib: "Şəbəkə izləyiciləri yazırlar ki, qaynana, baldız imkan vermədi. Mənim bacım yoxdur. Eləcə də həyat yoldaşım dörd ildir ayrı yaşayır. Burada qaynana söhbətindən söz gedə bilməz. Bilib-bilmədən elə sözlər yazırlar ki,...".

Qeyd edək ki, Ülviyyə Xəlilbəyli ilə Murad İsmayılın iki övladı var. Cütlük bir müddət əvvəl boşanmaq xəbərləri ilə gündəmdə idilər.



Müəllif: Rəqsanə Həsənova