Xalq artisti Aygün Kazımova ARB televiziyasında yayımlanan "Söhbət var" verilişində etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova yenə arıqlamaq üçün plastik əməliyyat elətdirdiyini deyib: "Yarıcan vəziyyətdəyəm. Əməliyyat oldum. Əlimi belə qaldırmaq olmaz".
Xalq artisti aparıcının "Aygün Kazımovanı xoşbəxt edən nədir?" sualına cavabda deyib: "Həyatda çox şey məni xoşbəxt edir. 24 saat xoşbəxt olmaq düzgün olmazdı, mənə pis baxardılar, şübhələnərdilər. Xoşbəxt anlar var. Sevdiyim insanları görəndə, layihəmə razılıq veriləndə çox xoşbəxt oluram".
Xalq artisti onu da deyib ki, həyatda çox şeyi görməzdən gəlir: "Hər şeyə fikir versəm məndə can, enerji qalmaz. Çox nadir hallarda elə bir insan ola bilər ki, mənə dur desin, dayanım. Adətən, məni durdurmaq mümkün olmur. Amma fikir də gələndə bilirəm ki, elə-belə gəlməyib. İdeya ilə bərabər xoş əhval və enerji də gəlirsə, yüz faiz bunu etmək lazımdır".
Aygün Kazımova Dilarə Əliyevanın "Hər zaman səhnədə xoşbəxtlik saçırsınız. Nə zamansa depressiyaya düşmüsünüz" sualına isə belə cavab verib: "Mən "Depresyondayım" mahnısını oxumuşam. Bir ara depressiyaya düşmək dəbdə idi. Xoşum da gəlirdi. O vaxt depressiya daha çox olurdu. Amma indi demək olar ki, depressiyaya düşmürəm. Depressiyaya düşəndə mahnı dinləmək daha yaxşıdır. Amma adam əsəbi olanda öz yaxınını, doğmasına əsəbləşir".
Xalq artisti doğum günündə təqdim etdiyi "Vəfasızlar unudulmur" mahnısından da danışıb: "Adam sevdiyi insanı unutmur. Düşünürsən, necə ola bilər ki, vəfasızlar unudulmur. Amma sonra fikirləşdim ki, sevdiyin insan qəlbindədir. Səni narahat edən, hər dəfə yadınA düşüb səni incidən kimdir? Vəfasızdır. Ara-sıra yadına düşür. Bir müddətdən sonra onu unudursan, qəlbindən, həyatından atırsan. Əsas unudulmayan vəfasızlardır".
Xalq artisti tamaşaçı sevgisindən də danışıb: "Mənim üçün tamaşaçı sevgisi böyük xoşbəxtlikdir. Görürəm ki, hər şeyi alqışladılar. Nəyisə bəyənməsələr də amma məni o qədər daşlamadılar. Səthi daşladılar, yaram tez sağaldı".