Tanınmış meyxanaçı Mehman Əhmədli həmkarı Mübariz Maştağalının ad günündə Sadiq adlı biznesmenin itinə meyxana deməsi haqqındakı iddialara cavab verib.
Teleqraf.com-a açıqlamasında o, itə meyxana demədiyini bildirib: "Ötən gün Mübariz Maştağalıya ad günündə bir nəfər yaxınlaşaraq "itim var, Azərbaycan çempionu olub, imkan varsa it haqqında bunu qeyd elə" sözlərini dedi. Mən "yox" cavabı verdim. Mübariz də bir qafiyə açdı. Həmin şəxsin adı Sadiq idi. Mən isə dedim ki, "heç vaxt meyxana demirəm, itdən-pişikdən, çünki həmişə yaşamışam, Əhmədli Mehman kimi". Yəni o, adama iradımı bildirirəm.
Həmin şəxs isə qulağıma dedi ki, "biz filankəsik, sizi dəstəkləyərik". Məni həmin şəxsi uzaqlaşdırdım. Sonra xəbər yaydılar ki, guya biz meyxana demişik. Axı, mən meyxana deməmişəm. Mübariz isə qonağı olduğu üçün imtina edə bilmədi. Bir sözlə, itə meyxana demədik, şəxsən mən demədim.
Ağamirzə Məmmədov isə dedi ki, "mənim öz itim var". Mübariz iki bənd meyxana dedi. Daha heç kim heç nə demədi. Bunu böyütmək nəyə lazımdı?!"
Qeyd edək ki, məclisdə meyxana ustadları - Ağamirzə, Mehman Əhmədli, Akif Arif olub.