Xalq artisti Nisə Qasımova onun barəsində sifarişli yazılar yazdıranları hədələyib.
Teleqraf.com xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə yazıb.
"Üzümə gülüb, arxamca danışanları, bəzi yerlərdə sifarişlə yazılan yazıların mənbələrini çox yaxşı bilirəm. Onların hamısına tək-tək cavab verə bilərəm, amma hələ həya edirəm. Vay o gündən ki, üzümdən həya pərdəsini götürüb, tək-tək onlara cavab verim. Bilirəm ki, bu hərəkətim böyük səs-küyə səbəb olacaq. Özümü o insanlara tay tutmaq istəmirəm. Allah böyükdür, o, hər şeyi biləndir"- Xalq artisti vurğulayıb.