Beş aylıq hamilə olan türkiyəli aktrisa Özgü Namal oğlunun atası Serdar Oralla ilk dəfə görüntülənib.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, cütlük uzun müddətdir mətbuatdan gizlənməyə çalışıb. Ötən gün isə ilk dəfə birlikdə obyektivə tuş gəliblər. Tıxaca düşən Namal və Oral eyni avtomobildə görüntülənməkdən xilas ola bilməyib.
Bir neçə ay sonra Nəfəs adını verəcəkləri oğullarını qucaqlarına almağa hazırlaşan cütlük evlilik haqqında düşünmədiklərini bildiriblər.
Teleqraf.com həmin fotoları təqdim edir :
Ruslan Bakiroğlu