7 Fevral 2023 12:37
1 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, "Space" televiziyasının baş direktoru Müşfiq Hətəmovu "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Karovin əvəz edib.

Teleqraf.com xəbər verir ki, Vado Arnoldoviç Korovin 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub.

Onun “Şən və Hazırcavablar” klubunun “Bakılı Oğlanlar” komandasında fəaliyyət göstərib.

Bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun qalibi və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.

"Parni iz Baku” KVN komandasının keçmiş üzvü ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışıb. ATV-nin eks-prezidenti Vüqar Qaradağlının dəvəti ilə telekanala gələn Vado ATV-nin vitse-prezidentinin müavini, baş prodüser və teleseriallar şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.




Müəllif: Rəqsanə Həsənova