Müğənni Manaf Ağayev xərçəngdən dünyasını dəyişən əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) məzar daşının hazırlanması üçün maddi yardım göstərməsi haqqında danışıb.
Manaf Ağayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Tünzalə Əliyevanın məzar daşına pul lazım idi. Mən, Afaq Bəşirqızı, Dilarə Əliyeva, Rafael İsgəndərov da daxil olmaqla pul yığmışıq. Tünzalə Əliyevanın toy mərasimində iştirak etmişəm. Həyat yoldaşı ilə əlaqəm yoxdur".
Müğənni "Siz Tünzalə Əliyevanın məzar daşı üçün nə qədər pul vermisiniz" sualına "Altı nəfər arasında üç min manat pul yığıldı. Tünzalə Əliyevanın məzar daşının qiyməti bu qədər idi", - deyə cavab verib.
Qeyd edək ki, əməkdar artist Ülviyyə Əliyeva xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacılarının da məzar daşı üçün pul verdiklərini açıqlamışdı